Nazir müavini: "Sosial şəbəkələrdə yanlış informasiya yayanların əksəriyyəti..."

Nazir müavini: "Sosial şəbəkələrdə yanlış informasiya yayanların əksəriyyəti..."
SOSİAL
16:00 22.11.2019
11606
"Aqrobağların salınması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədi ilə sosial şəbəkələrdə düzgün olmayan informasiyalar yayılır".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə belə məlumatlar yazanların bir qismi vaxtilə meşə müəssisələrində işləmiş, amma sonradan işdən çıxarılan şəxslərdir: "Bu məlumatlar onların təxəyyülünün məhsuludur. Ömründə bir ağac belə əkməyən bu şəxslər özlərini təbiət cəfakeşi kimi təqdim etmək istəyirlər, amma hər kəs onları yaxşı tanıyır. Nazirlik olaraq, şikayəti olan hər kəsi dinləməyə hazırıq".

Aqrobağların salınması ilə bağlı işlərdən danışan F.Əliyev əlavə edib ki, 2017-ci idə Meşə Məcəlləsinə dəyişiklik edilənə qədər meşələr 10 il müddətinə sahibkarlara icarəyə verilirdi. 2017-ci ildə edilən dəyişikliklər isə meşələrin daha uzun müddətə icarəyə verilməsini nəzərdə tutur: "Elə ağaclar var ki, onlar 5-6 ildən sonra məhsul verməyə başlayır. Belə olan halda sahibkar üçün meşəni icarəyə götürmək maraqlı deyildi. Çünki sahibkar ona milyonlarla manat vəsait sərf edirdi. Ona görə də icarə müddəti uzadıldı. Artıq meşə ilə örtülü olmayan ərazilər də sahibkarlara icarəyə verilir. Orada yerli şəraitə uyğun ağacların əkilməsi ilə aqro bağ salınır. Bu, Azərbaycanda həm məhsul bolluğunun yaranmasına, həm də əlavə iş yerlərinin yaranmasına səbəb olur. Bunun nəyi pisdir ki!"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
7', 'metatags' => array ( 'description' => 'Ukrayna 2025-ci ilin sonuna qədər Yaponiyadan 246,5 milyon ABŞ dolları məbləğində kredit alacaq. Bu barədə Ukrayna Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə,', 'keywords' => 'dolları, milyon, Ukrayna, Ukraynanın, kredit, alacaq, SURGE, sonuna, qədər, hissəsi, öhdəliklərinə, yaxın, qalan, illərdə, pulun, dövlət, xidmət, cəlb, olunacaq, büdcəsinə', ), ), ); ?>
KİV: Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırıb
22:14 13.09.2025
KİV: Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırıb
"Bəhanələr axtarmaqdan imtina edin" - Zelenski
21:48 13.09.2025
"Bəhanələr axtarmaqdan imtina edin" - Zelenski
Rusiyada dəmir yolunda partlayış: ölənlər var
21:33 13.09.2025
Rusiyada dəmir yolunda partlayış: ölənlər var
Ağdaşda güclü sel: Traktorlar çınqılın altında qaldılar
21:29 13.09.2025
Ağdaşda güclü sel: Traktorlar çınqılın altında qaldılar
"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazanıb
21:11 13.09.2025
"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazanıb
Polşada qırıcılar havaya qaldırıldı
20:49 13.09.2025
Polşada qırıcılar havaya qaldırıldı
Xocalının Daşbulaq kəndinə ilk köç - FOTOLAR
20:37 13.09.2025
Xocalının Daşbulaq kəndinə ilk köç - FOTOLAR
Madriddə partlayış, 20-dən çox yaralı var
20:18 13.09.2025
Madriddə partlayış, 20-dən çox yaralı var
Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var
20:02 13.09.2025
Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var
"Sumqayıt"ı məğlub edən "İmişli"yə texniki məğlubiyyət veriləcək
19:52 13.09.2025
"Sumqayıt"ı məğlub edən "İmişli"yə texniki məğlubiyyət veriləcək
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
19:31 13.09.2025
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
Zakir Həsənov Pakistana başsağlığı verdi
19:11 13.09.2025
Zakir Həsənov Pakistana başsağlığı verdi
Xırdalanda yaşayış binasında yanğın - VİDEO
18:53 13.09.2025
Xırdalanda yaşayış binasında yanğın - VİDEO
Türkiyədə ağır yol qəzası olub, 15 nəfər yaralanıb
18:40 13.09.2025
Türkiyədə ağır yol qəzası olub, 15 nəfər yaralanıb
Formula 1-ə görə 20 avtobusun istiqaməti dəyişdirilir - İkisinin fəaliyyəti dayandırılır
18:21 13.09.2025
Formula 1-ə görə 20 avtobusun istiqaməti dəyişdirilir - İkisinin fəaliyyəti dayandırılır
Səidə Bəkirqızını efirdə o əvəz edəcək
18:08 13.09.2025
Səidə Bəkirqızını efirdə o əvəz edəcək