Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyev Qax, Zaqatala və Balakən rayonlarına gələrək zəlzələ fəsadlarının aradan qaldırılması və gürülən işlərlə yerində tanış olub.AZXEBER.COM-un məlumatına görə,nazir müavini Qax, Zaqatala və Balakən rayon rəsmiləri ilə birlikdə zəlzələdən zərər çəkmiş kəndlərdə əhali ilə görüşüb.FHN nümayəndələri sakinlərin qayğı və problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib, kompensasiyaların ödənilməsi vəziyyəti ilə tanış olub.Sakinlər son təkanlardan sonra evlərə dəymiş ziyan barədə məlumat verib. Onlara izah edilib ki, FHN komissiyaları son təkanlar nəticəsində zərər görən evlərə və digər tikililərə yenidən baxış keçirəcək. Bundan asılı olaraq komissiya tikililərdə təmir-bərpa işlərinin aparılması, yaxud yenidən tikilməsi barədə qərar verəcək.Sonra rayon rəhbərliyi, FHN-in və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.