Nazir oğlu ilə evlənən Safura müğənniliklə vidalaşdı

Nazir oğlu ilə evlənən Safura müğənniliklə vidalaşdı
MAQAZİN
00:41 22.07.2013
8465

Sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva da sənəti ilə vidalaşıb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə “Evrovision” təmsilçimiz özünün "Facebook" səhifəsində məlumat verib: “Axşamınız xeyir, mənim əziz fanatlarım, dostlarım. Necəsiniz? Sizin hamınız üçün çox darıxmışam. Mən artıq işlərimə son qoydum. Lakin mən həmişə sizinlə olacam. Sizin hamınızı sevirəm”. Qeyd edək ki, Safura Əliyevanın toyu iyulun 5-də Bodrumda baş tutmuşdu. Bu, Fərhad Əliyevin ikinci evliliyi idi.

OXŞAR XƏBƏRLƏR