Kəmaləddin Heydərov polkovniki birinci müavin təyin etdi

Kəmaləddin Heydərov polkovniki birinci müavin təyin etdi
SOSİAL
11:37 06.10.2023
410
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
 
AZXEBER.COM qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.
Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.
OXŞAR XƏBƏRLƏR