Nazir qardaşının icra başçısı olduğu rayonda büdcəni belə dağıdırlar – FOTOFAKT

SOSİAL
01:03 29.07.2016
9345

Şirvanda Heydər Əliyev parkında başlanan təmir işləri zamanı maraqlı faktlar ortaya çıxıb.

AZXEBER.COM xəbər verir ki, "facebook"da “Sancaq” səhifəsinin paylaşdığı görüntüdə Şirvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkının yeni döşəmələrlə əvəz olunması lentə alınıb. Belə ki, parkın ərazisinə yeni döşənilmiş olan kafellərin normal vəziyyətdə olmasına baxmayaraq, icra hakimiyyətinin tapşırığı ilə həmin kafellərin üstünə yeni döşəmə daşlar vurulub. Bu isə rayon üçün nəzərdə tutulmuş büdcənin nəzərdə tutulduğundan daha çox xərclənməsinə səbəb olub.

Qeyd edək ki, rayonun icra başçısı Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Xatırladaq ki, iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış da baş vermişdi. Partlayış nəticəsində rəsmi məlumatlara görə, 2 nəfər həlak olmuşdu.

OXŞAR XƏBƏRLƏR