"Martın 2-dən yardımların girişini əngəllədikləri Qəzza zolağına "bir buğda dənəsi belə” girməyə icazə verməyəcəklər”.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich deyib.
İsrailin martın 2-dən bəri yardım axınını dayandırdığı Qəzzada yaşayan təxminən 2,3 milyon fələstinli aclıqla mübarizə aparır.
Qəzzada çörəkbişirmə müəssisələri yardımların girişinə qadağa qoyulduqdan sonra un və yanacaq çatışmazlığı səbəbindən bu ayın əvvəlindən məhsul istehsal edə bilməyib.
İsrail mediası ordunun növbəti həftələrdə Qəzzaya bəzi humanitar yardımların daxil olmasına icazə verəcəyini iddia edib. İfrat sağçı nazir Smotriç qatıldığı konfransda İsrail ordusunun bəzi humanitar yardımların Qəzzaya girməsinə icazə verəcəyi iddiasına toxunub.
Smotriç bildirib ki, xəbərin əksinə olaraq "bir buğda dənəsi belə Qəzzaya buraxılmayacaq”.
Qeyd edək ki, İsrail Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra martın 2-də Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırıb.
Oksana