Dünən İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib, 4 nəfər xəsarət alıb.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu, qəbuledilməzdir: "Azərbaycan dövlətinin mövqeyi dünən çatdırılıb, İran səfiri XİN-ə çağırıldı, gözləntilərimizi ona bildirdik. Dünən Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı mesajlarını hamı dinləyə bilib. İran tərəfi məsələnin araşdırılacağı vəd edib. Bu araşdırmanın nəticələrini biz yaxın zamanda gözləyəcəyik".









































