Nazir Səlim Müslümovun işdən çıxardığı müdiri geri qaytardı

Nazir Səlim Müslümovun işdən çıxardığı müdiri geri qaytardı
SOSİAL
15:29 30.05.2018
6102
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri Maarif Bayramov işdən azad edilib.

Onun yerinə həmin vəzifəyə uzun illər bu təşkilatda sektor müdiri kimi fəaliyyət göstərən və eləcə də əvvəllər DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri olan Babək Cəfərov təyinat alıb.

Xatırladaq ki, 2014-cü ilin 27 iyun tarixində də M.Babayev DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru təyin edilmişdi, onun yerinə isə B.Cəfərov təyinat almışdı.

Sabiq nazir Səlim Müslümovun dövründə DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri vəzifəsindən çıxarılan B.Cəfərovun potensialını yeni nazir Sahil Babayev yenidən dəyərləndirib.

OXŞAR XƏBƏRLƏR