Nazir təqaüdə çıxan generalları yola saldı - Foto

Nazir təqaüdə çıxan generalları yola saldı - Foto
SOSİAL
10:25 28.01.2022
774
Azərbaycanda daha bir polis generalı təqaüdə göndərilib.

AZXEBER.COM-un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqlarla Mübarizə İdarəsinin MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Bundan əvvəl isə eyni səbəblə DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.

Hər iki general üçün Daxili İşlər Nazirliyində yolasalma mərasimi keçirilib, onları nazir Vilayət Eyvazov qəbul edib.
 

 


OXŞAR XƏBƏRLƏR