Nazir Tovuzda görüş keçirdi

İQTİSADİYYAT
13:55 02.06.2013
1577
İqtisadi inkişaf naziri Şahin Mustafayev Tovuz şəhərində Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xiidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbula gələnlər əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, sahibkarların hüquqlarının müdafiəsi, işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.Vətəndaşların müraciətləri, şikayət və təklifləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün nazirliyin qəbulda iştirak edən məsul işçilərinə tapşırıqlar verilib.Qəbulda səsləndirilən və bölgə vətəndaşlarını narahat edən bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin hərtərəfli araşdırılacağı bildirilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Tovuzda vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumatlar verilib, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, əksər müraciətlər operativ şəkildə həll olunub, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti dövlət qurumlarına çatdırılması üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR