Nazir: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir"

Nazir: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir"
SİYASƏT
17:47 27.10.2023
436
"Türkiyənin 100 illiyi təkcə qardaş ölkə deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyidir".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Anadolu” agentliyinə müsahibəsində deyib.

O, Türkiyənin beynəlxalq miqyasda uğurlu vasitəçilik rolunu günü-gündən artırdığını bildirib: "Türkiyə müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət həyata keçirən, beynəlxalq səviyyədə strateji tərəfdaşların sayını artıran dövlətə çevrilib. Bu gün qardaş ölkəmiz dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdəndir. Türkiyə uğurlu daxili və xarici siyasətləri ilə yanaşı, bütün dünyada böhranların həlli üçün müraciət edilən ölkədir”.

C.Bayramov qardaş Türkiyənin son yüz ildə çox çətin proseslərdən keçdiyini xatırladıb: "Türkiyə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşib, lakin bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edib".

XİN başçısı söyləyib ki, Türkiyə G20 ölkələri arasında iqtisadi artım sürətinə görə ilk beşlikdədir.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar sayəsində son 20 ildə Türkiyənin ixracatı 10 dəfə, Ümumi Daxili Məhsulu isə 2 dəfə artıb.

Türkiyə ordusunun dünyanın ən güclü ordularından biri olduğunu vurğulayan C.Bayramov bildirib ki, qardaş ölkənin müdafiə sənayesi hər kəsi heyrətləndirməyə davam edir və bu, Türkiyənin gücünə güc qatır.

Nazir Türkiyənin iqtisadi və elmi potensialı sayəsində yeni texnologiyalar ölkəsinə çevrilməsindən də söz açıb və əlavə edib ki, Türkiyə yeni texnologiyalar istehsal edən, tətbiq edən və ixrac edən bir dövlətə çevrilib: "İlk yerli elektromobil istehsalını nümunə kimi göstərə bilərik. Əldə olunan bütün nailiyyətlər Türkiyənin gözəl gələcəyinin təminatı olacağına əminəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı