Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”

TOP4
17:40 13.11.2019
6776
Bu gün Azərbaycanda "uşaq pulu ödənilmir” demək düzgün deyil. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin iclasında deyib. 

O bildirib ki, "uşaq pulu” deyilən indiki anlayışdakı ödəniş 2006-cı ilə qədər tətbiq edilib: 

"Bu ödəniş də bugünkü pulla iki manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa görə ödəniş edilib. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinətlər ödənilir. Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 200 manatdır. O dövrdə ödənilən iki manat hara, bu gün ödənilən 200 manat hara?!” 

Nazirin sözlərinə görə, bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqlardır:

"Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir. 18 yaşınadək Azərbaycanda 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə, 3,3 milyard manat vəsait edir. 

"Uşaq pulu” kimi proqramlar isə 1-2 illik olmur. Ən azı beş illik olur. Bu, o deməkdir ki, bu işə 18,35 milyard manat vəsait xərclənməlidir”.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:01 03.07.2020

Prezidentə minnətdarlıq məktubları: "Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq"

16:57 03.07.2020

Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi

16:53 03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

16:39 03.07.2020

Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

16:30 03.07.2020

İlham Əliyev Donald Trampa məktub yazdı

16:17 03.07.2020

Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ

15:57 03.07.2020

Qubaya istirahət etməyə gedən şəxslər cərimələndi - FOTO

15:46 03.07.2020

Bəy öz toyunda 80 nəfəri koronavirusa yoluxdurdu - 2 gün sonra öldü

15:29 03.07.2020

Xüsusi karantin rejiminin tətbiq olunduğu yerlərdə məhkəmələr təxirə salındı

15:18 03.07.2020

Həbib Nurməhəmmədovun atası vəfat etdi

15:02 03.07.2020

Bazar günü ilin üçüncü Ay tutulması olacaq

14:57 03.07.2020

Bakıda koronavirusa yoluxan şəxs mağazada tutuldu

14:43 03.07.2020

Turistə 91 manata bir dönər satılıb - Çekin fotosu

14:28 03.07.2020

“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrinden reportaj

14:17 03.07.2020

Azərbaycanda tələbələrin köçürülməsi müvəqqəti təxirə salınır

13:56 03.07.2020

Metro bağlandığı üçün bu avtobuslar işləyəcək - Cədvəl