Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov özünə yeni müşavir təyin edib.
Məlumata görə, P.Şahbazovun yeni müşaviri Zaur Məmmədovolub.
Z.Məmmədov bundan öncə Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktor müavini vəzifəsini icra edib.
Daha əvvəllər isə Azərenerji ASC-nin Ekologiya İdarəsinin rəisi vəzifəsində çalışıb.