Nazir yol qırağında fahişə seçərkən yaxalandı

MARAQLI
20:08 15.10.2011
3220

Yunan Kiprinin keçmiş maliyyə naziri və prezident Dimitris Hristofyas Kipr problemi üzrə nümayəndə heyətinin üzvü Maykl Sarris polis tərəfindən yaxalanıb. Keçmiş nazir Şimali Kipr Türk Cumhuriyyətinin paytaxtı Lefkoşada biri 17 yaşında olmaqla 4 türklə "cinsi əlaqə" bazarlığı edərkən iş başında tutulub. 65 yaşlı Maykl Sarris uzun illər Dünya Bankı idarə heyətinin üzvü olub. Prezidentin nazir olmaq təklifini rədd edən Maykl Sarrisin həbsi ölkədə zəlzələ təsiri bağışlayıb. Yunan polisi də Sarrisin "qeyri-əxlaqi" əlaqə ilə bağlı türk Kiprində həbs olunduğunu təsdiqləyib. Sarrislə birlikdə həbs edilən 4 türk uzun müddət onunla birgə əlaqədə olduqlarını etiraf ediblər, ancaq Sarrisin yüksək səviyyəli xadim olduğunu bilmədiklərini söyləyiblər. Lefkoşanın kasıb Surlariçi məhəlləsində tutulan Sarris ilə bazarlıq isə "20 avro" ətrafında olduğu iddia edilir. Hazırda barəsində 3 günlük həbs qəti-imkan tədbiri seçilən Sarris Şimali Kipr Türk Cumhuriyyətinin qanunlarına görə "təbiətə zidd cinsi münasibət" ittihamı ilə hakim qarşısına çıxacaq. Sarrisin heç vaxt evlənmədiyi və yaxın ətrafında cinsi seçimlərinin bilindiyi də ifadə edilib. Həbs olunanlar arasında 18 yaşından kiçik bir şübhəlinin olması cinayətin cəzasını artırır.

OXŞAR XƏBƏRLƏR