Nazir öz ərizəsi ilə işdən çıxan rəisə yenidən vəzifə verdi

Nazir öz ərizəsi ilə işdən çıxan rəisə yenidən vəzifə verdi
SOSİAL
23:30 26.07.2025
311
Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsininn 26 nömrəli yanğından mühafizə hissəsinə yeni rəis müavini təyin edilib.

AZXEBER.COM "Unikal"a istinadən məlumatına görə, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb .Əmrə əsasən, daxili xidmət mayoru Hüseyn Qasımov Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 26 nömrəli  yanğından mühafizə hissəsinə rəis müvini təyin olunub.

Qeyd edək ki, Huseyn Qasımov 2 il əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Daşkəsən rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub. O, öz ərizəsi ilə işdən ayrılmışdı.
OXŞAR XƏBƏRLƏR