Nazirlər Kabinetindən YENİ QƏRAR - Bu işçilər…

Nazirlər Kabinetindən YENİ QƏRAR - Bu işçilər…
SOSİAL
21:21 23.05.2024
256
Dəmiryol nəqliyyatı işçilərinin ümumi vəzifələri müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nda əksini tapıb.

Dəmiryol nəqliyyatının işçiləri vəzifə funksiyalarına uyğun olaraq bu Qaydaların tələblərinin yerinə yetirilməsini, dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyini təmin edirlər.

Dəmiryol nəqliyyatı işçilərinin bu Qaydalara riayət etmələrinə nəzarət onların işəgötürəni olan müvafiq dəmiryol nəqliyyatı təşkilatının və ya fərdi sahibkarın səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

Dəmiryol nəqliyyatı işçiləri insanların həyatına və sağlamlığına və ya hərəkətə təhlükə yaranması hallarında qatara və ya manevr edən tərkibə dayanma siqnalı verməli və ya onların dayandırılması üçün başqa tədbirlər görməlidirlər.

Dəmiryol infrastrukturunun tikili və ya qurğularında hərəkətə təhlükə yarada bilən nasazlıq aşkar edildikdə, dəmiryol nəqliyyatı işçiləri nasazlığın dərhal aradan qaldırılması üçün tədbir görməlidirlər.

Qatarların hərəkətinin təşkilində və sərnişinlərə xidmət göstərilməsində bilavasitə iştirak edən dəmiryol nəqliyyatı işçiləri vəzifələrini yerinə yetirən zaman xidməti geyim formalarında olmalıdırlar.

Dəmiryol nəqliyyatının işçiləri əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə tələblərə riayət etməli, insanların həyatına və sağlamlığına təhlükə yaranan hallarda özünün birbaşa rəhbərinə və ya yuxarı rəhbərliyə dərhal məlumat verməlidirlər.

Lokomotivlərə, motor-vaqonlu qatarların idarəetmə kabinəsinə, özügedən xüsusi hərəkət tərkiblərinə və digər hərəkət vahidlərinə (bundan sonra - hərəkət vahidləri), siqnalların, yoldəyişənlərin, aparatların, mexanizmlərin və dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyinin təmini və istismarı ilə əlaqədar olan digər qurğuların yanına, həmçinin siqnalların və belə qurğuların idarə olunduğu otaqlara, yalnız vəzifə funksiyalarının yerinə yetirilməsinə aidiyyəti olan dəmiryol nəqliyyatı işçiləri daxil ola bilərlər.

Hərəkət vahidlərini, dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyinin təmini ilə əlaqədar olan siqnalları, aparatları, mexanizmləri və digər qurğuları idarə etməyə, həmçinin yoldəyişənləri çevirməyə yalnız vəzifə funksiyalarını yerinə yetirərkən buna səlahiyyəti olan dəmiryol nəqliyyatının işçilərinə yol verilir.

Hərəkət vahidlərinin, siqnalların, aparatların, mexanizmlərin idarə olunmasına, həmçinin yoldəyişənləri çevirməyə dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyinin təmini və istismarı ilə əlaqədar digər qurğular üzrə təcrübə keçən dəmiryol nəqliyyatı işçilərinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən, bilavasitə bu qurğulara xidmət edən, təcrübə keçən işçinin təhkim olunduğu işçinin nəzarəti və şəxsi məsuliyyəti altında yol verilir. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında hərəkət vahidlərinin idarə edilməsi üçün vəsiqə infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq verilir.

Qatarların hərəkəti və manevr işləri ilə bilavasitə əlaqədar işə qəbul edilən şəxslər, həmçinin istehsalatda zərərli və ya təhlükəli təsirlərə məruz qalan işçilər işəgötürənin vəsaiti hesabına ilkin (işə qəbul ediləndə) və sonralar isə vaxtaşırı icbari tibbi müayinədən keçməlidirlər.

Qatarların hərəkəti və manevr işləri ilə bilavasitə əlaqədar olan dəmiryol nəqliyyatı işçiləri, infrastruktur sahibi tərəfindən təsdiq edilmiş peşələrin siyahısına uyğun reysqabağı və növbəqabağı tibbi müayinədən, həmçinin işəgötürənin tələbinə əsasən alkoqol, psixotrop və narkotik maddələrin qəbul edilməsini müəyyənləşdirmək üçün tibbi müayinədən keçməlidirlər.

Fəaliyyəti qatarların hərəkəti ilə bilavasitə əlaqədar olan dəmiryol nəqliyyatı işçilərinin ixtisaslarının artırılması işəgötürənin vəsaiti hesabına həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
02:13 16.03.2025
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü