Nazirlik: “1000-ə yaxın qanunsuz qoşulma halı aşkarlandı”

Nazirlik: “1000-ə yaxın qanunsuz qoşulma halı aşkarlandı”
SOSİAL
17:19 09.02.2021
535
"Ötən il Azərbaycanda çay sularından icazəsiz istifadə halları qeydə alınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook” səhifəsində "Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. 

Onun sözlərinə görə, 2020-ci ildə fiziki və hüquqi şəxslər tərəfindən 1000-ə yaxın qanunsuz qoşulma halı aşkarlanıb: 

"Baş verən hallarla bağlı məsələ sənədləşdirilib və məcburi göstərişlər verilib”.

"İcazəsiz qoşulmalar su balansının idarəolunmasında da problemlər və su çatışmazlığı yaradır”, - deyə o əlavə edib.
OXŞAR XƏBƏRLƏR