Altı günlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş (dərs) günü martın 19-da olacaq.
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına (https://nk.gov.az/az/document/5726/ ) əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilmişdir və həmin günlər iş günləri hesab edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 25 mart da iş günü hesab olunmayacaq.
5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü martın 28-i,
6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır.