Azərbaycanda müəllimlər qəzaya düşdü - ÖLƏN VAR

Azərbaycanda müəllimlər qəzaya düşdü - ÖLƏN VAR
SOSİAL
13:10 13.12.2022
953
Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

AZXEBER.COM xəbər veri ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".
OXŞAR XƏBƏRLƏR