Nazirlik bərbad vəziyyətdə olan məktəblə bağlı açıqlama verdi - VİDEO

Nazirlik bərbad vəziyyətdə olan məktəblə bağlı açıqlama verdi - VİDEO
SOSİAL
17:18 11.02.2020
1541
Sosial şəbəkələrdə Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin tədris üçün tamamilə şəraitsiz olması ilə bağlı video yayılıb.

Görüntülərdən aydın olur ki, məktəb bərbad vəziyyətdədir və uçqun təhlükəsi altındadır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin şagird və müəllim heyətinin yaxınlıqdakı məktəbə köçürülməsi nəzərdə tutulur: 

"Bunun üçün müvafiq nəqliyyat təşkil olunacaq. Sözügedən məktəbin yerində modul tipli məktəb quraşdırılacaq".
 

OXŞAR XƏBƏRLƏR