Nazirlik: “Bu il uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək”

Nazirlik: “Bu il uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək”
SOSİAL
19:09 29.03.2023
138
"Bu il dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsi diqqətdə olacaq”.

Bunu AZXEBER.COM-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bağçalarda öyrənmək mühitinin yaxşılaşdırılması məqsədilə bu il 150-dən artıq müəssisədə xüsusi öyrənmə guşələri yaradılıb: "Müxtəlif öyrənmə istiqamətləri üzrə yeni resurslarla yaradılan guşələr üçün bağçalara tədrislə əlaqəli vəsaitlər verilib, işçilərə təlimlər keçirilib. Misal olaraq, əvvəl belə idi ki, təmirli bağça var, amma fəaliyyəti zəifdir. Bu səbəbdən müəllimlər də uşaqlarla necə məşğul olacaqlarını bilmirdilər. Bu nöqteyi-nəzərdən bağçaya müəllimlər üçün proqramlarla yanaşı, resurslar da vermişik. Guşələr ilkin mərhələdə Bakı, Abşeron, Sumqayıt və Gəncədəki bağçalarda yaradılıb, proses mərhələli şəkildə növbəti illərdə də davam edəcək”.

Bu il uşaq bağçaları ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsinin diqqətdə olacağını deyən E.Əliyev vurğulayıb ki, plana əsasən bütün bağçalar üçün konkret metodiki vəsait ilə təmin olunmuş proqram veriləcək: "Bir sıra hallarda bağçada tərbiyəçi-müəllimlərin hazırlığı yüksək olmadığından nə etməli olduqlarını elə də bilmirlər. Proqramın yanında onun metodiki vəsaitini verməyi düşünürük. Həmin vəsait olmadığından proses ağırdır. Bu ildən başlayaraq hər il ən azı bir yaş üzrə bunu tamamlamağı düşünürük. Bu istiqamətdə hazırlıq işləri davam edir. Sentyabr ayına qədər tərbiyəçi-müəllimlər və bağça müdirləri üçün konkret proqram və metodik vəsait paketini bağçalara təhvil vermək nəzərdə tutulub”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu