Nazirlik bu şirkətdən 762 min manatlıq şpris alır

Nazirlik bu şirkətdən 762 min manatlıq şpris alır
SOSİAL
20:16 11.02.2026
239
Səhiyyə Nazirliyi "Diamed CO" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

AZXEBER.COM xəbər verir ki, nazirlik şirkətdən şpris almaq niyyətindədir. 

Buna görə "Diamed CO" MMC-yə 762 000 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Diamed CO" MMC 27 oktyabr 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 9 519 934,48 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır. 

"Diamed CO" MMC şpris istehsal edən şirkət kimi tanınır. 

Samirə Hüseynova haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur. 
OXŞAR XƏBƏRLƏR