Nazirlik daha bir qanunsuzluq aşkarladı - Akt tərtib olundu

Nazirlik daha bir qanunsuzluq aşkarladı - Akt tərtib olundu
SOSİAL
16:46 04.05.2018
5083
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, reyd zamanı Masallı Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrliyində 1 ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib.

Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat  ziyan dəydiyi məlum olub.

Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR