Nazirlik daha bir vəzifəli şəxsi cərimələdi

Nazirlik daha bir vəzifəli şəxsi cərimələdi
SOSİAL
17:47 18.05.2018
11040
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakıda növbəti reyd keçirilib.

ETSN-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi "Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat  tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

OXŞAR XƏBƏRLƏR