Nazirlik: "Erməni əsgəri düşmən ordusundakı özbaşınalıq nəticəsində yaralanıb"

SOSİAL
11:47 23.07.2016
1446
“Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət edir”.
Ermənistan mətbuatının iyulun 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.
“Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur”, - deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR