"Artıq 560 gündür ki (19 ay), kinoteatrlar pandemiya ilə əlaqədar fəaliyyət göstərmir. Kinosevərlər "Cinema"ların açılacağı günü səbirsizliklə gözləyirlər. Mədəniyyət Nazirliyi bununla əlaqədar Operativ Qərargaha müraciət ünvanlayıb".
AZXEBER.COM xəbər verir ki, bu sözləri "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının rəhbəri Zaur Darabzadə deyib.
O bildirib ki, "CinemaPlus" şəbəkəsi açılışa tam hazırdır: "Beynəlxalq təcrübəyə əsaslanaraq, fərqli yanaşma olmadığından, MDB ölkələri, Avropa, ABŞ, hətta Asiyada və bunun kökü olan pandemiyanın başladığı bir çox digər inkişaf etmiş ölkələrdə yoluxma sayı azaldıqdan sonra kinoteatrların açılma ehtimalı çoxalır.
Qonşu ölkə Rusiyada 15 İyul 2020-ci il və qardaş ölkə Türkiyədə isə kinoteatrlar artıq 1 İyul 2021-ci il tarixində açılıb.
Məsələ ondan ibarətdir ki, insanlar zala yalnız "COVID-19 vaksin sertifikatı" ilə buraxıla bilər. Ticarət mərkəzlərinə vaksinlə daxil olurlarsa, oradan da "Cinema"ya vaksinlə getmiş olacaqlar.
Kinoteatrın aşağıdakı məhdudiyyətlərlə açılışını etmək olar:
- 50% zalın doldurulması
- şaxmatvari əyləşmək
- zallarda dezinkfektorlar
- seanslar arası havalandırma və dezinfeksiya işləri
CinemaPlus şəbəkəsinə 10 kinoteatr, 50+ ekran və 5000+ oturacaq daxildir.
Zaur Darabzadə bildirib ki, kinoteatrların açılması ilə bağlı Operativ Qərargaha müraciət edilib:
Zaur Darabzadə bildirib ki, kinoteatrların açılması ilə bağlı Operativ Qərargaha müraciət edilib:
"Qeyd etmək istəyirəm ki, artıq dünyanın bir çox ölkələrində "Cinema"lar açılır. Bunun əsas səbəbi odur ki, noyabr-dekabr aylarında çox maraqlı dünya premyeraları gözlənilir. Bizdə də bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət olundu, nazirlik isə bununla bağlı Operativ Qərargaha müraciət edib.
Biz inanırıq ki, qısa zamanda bu müraciətə baxılıb bizim və kinosevərlərin xeyrinə xoş xəbər veriləcək".
![](https://azxeber.com/file/pic/xeber/2021-09/1632483964_242713789_10219008946486151_386736489404043368_n.jpg)