Nazirlik mobil operatorları məhkəməyə verəcək

İQTİSADİYYAT
12:35 01.08.2013
2371

Mobil operatorlar “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqini ləngidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir.

Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub. Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.

OXŞAR XƏBƏRLƏR