Nazirlik Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərilməsi barədə məlumat yayıb - FOTO

Nazirlik Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərilməsi barədə məlumat yayıb - FOTO
SOSİAL
12:30 22.09.2023
145
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, FHN tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan

20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.

Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR