Nazirlik şadlıq saraylarının sahiblərinə müraciət etdi

Nazirlik şadlıq saraylarının sahiblərinə müraciət etdi
SOSİAL
18:42 03.10.2019
6077

Restoran və şadlıq saraylarından havaya atılan tullantıların azaldılması, normalara cavab verməsi üçün artıq onların 95 faizində təmizləyici qurğular quraşdırılıb. Lakin paytaxtda "tüstüləməyə” davam edən restoranlara hələ də rast gəlinir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  bildirib ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Nazirliyə də şikayətlər daxil olub:

"Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, bəzi restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

 

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı təmizlənməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan "məcburi göstəriş”lər verilib. Təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir. Restoran sahibləri bilməlidirlər ki, qurğulara vaxtında texniki xidmət göstərilməli, filtrləri də vaxtında təmizlənməlidir. Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər?”

Nazirliyin sözçüsü şadlıq saraylarının sahiblərini filtrlərin vaxtında təmizlənməsini təmin etməyə çağırıb:

"Hələlik məhərrəm ayıdır, toyların olmamasını nəzərə alaraq qurğulara texniki xidmət göstərilməsini, filtrlərin vaxtında təmizlənməsini təmin etsinlər və sakinlərə, vətəndaşlarımıza diskomfort yaratmasınlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək