Nazirlik: 'Sitrus meyvələri alarkən diqqətli olun!'

Nazirlik:
Bütün Xəbərlər
16:58 14.02.2013
1115
İstehsalının mövsümi хaraкter daşımasına baхmayaraq, süfrəmizin ayrılmaz hissəsi olan meyvələr ilboyu gündəlik qidalanmada istifadə olunur. Bu məhsulların tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr, şəkər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli maddələr, minerallar, vitaminlər, fermentlər, qlikozidlər və s. maddələr var. Fizioloji normaya əsasən insan, orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 106 kq meyvə-giləmeyvə istehlak etməlidir.Sitrus meyvələri çəyirdəkli meyvələrdən fərqli olaraq ağacdan yerə tökülmürlər və uzun müddət ağacda qalmaq qabiliyyətinə malikdirlər. Mənfi xüsusiyyəti isə uzun müddət ağacda qaldıqda öz rəngini və tamını itirməsidir.Naringi, portağal və limon ölkəmizdə becərilən əsas sitrus meyvələridir. Bunların içərisində ən geniş yayılmışı naringidir. Bu da onun digər meyvələrlə müqayisədə soyuğa daha çox davamlı olması ilə bağlıdır.Sitrus meyvələrinin əsas кeyfiyyət göstəricilərinə onların хarici görunüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (olcusu və ya кutləsi), yol verilən кənarlaşmalar, daha doğrusu qusurları (zədələnmənin növü və dərəcəsi) və хəstəliкləri (baкterial, göbələк, fizioloji), həmçinin emalın хaraкteri aid edilir.İstehlak zamanı sitrus meyvələrinin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır. Eyni zamanda bu meyvələrin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Ticarət şəbəkələrinə sitrus meyvələri əsasən yeşiklərə və ya korobka qutulara yığılaraq daşınır. Daşınarkən üstü mütləq örtülməlidir. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada onların növü, xalis çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır.Saxlanma zamanı bu məhsullarda suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Ona görə də ticarət obyektlərindən keyfiyyətli sitrus meyvələri istehlak etmək istəyən alıcılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir.Saxlama müddəti saxlama şəraitindən və temperaturundan asılı olaraq portağalda 2 aydan 4 ayadək, limonda 1 aydan 6 ayadək, naringidə iki həftədən bir ayadək, qreypfrutda isə təxminən 1 aydan 3 ayadək təşkil edir. Optimal saxlanma temperaturu naringi üçün müsbət 1-3ºC, portağal üçün 1-6ºC, limon üçün 2-5ºC, qreypfrutlar üçün isə 3-10ºC-dir. Havanın nisbi rütubəti bu meyvələr üçün təxminən eyni 85-90% olmalıdır.Sitrus meyvələri alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki hər bir meyvə onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır.Ticarət şəbəkələrindən sitrus meyvələri alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan meyvə və tərəvəz içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Bu kimi hallardan sığortalanmaq üçün mənşəyi məlum olmayan meyvə və tərəvəzələri almaqdan çəkinin. Geni dəyişdirilmiş meyvələr görünüşcə sağlam olmasına və uzun müddət təzə qalmasına baxmayaraq mütəxəssislərin fikrincə bu cür məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur və onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Ona görə də əsasən xaricdən idxal olunan və geni dəyişdirilən meyvələri alarkən diqqətli olun.
OXŞAR XƏBƏRLƏR