Nazirlik sosial şəbəkədə fotosu yayılan ahıl vətəndaşa sahib çıxdı - FOTOLAR

Nazirlik sosial şəbəkədə fotosu yayılan ahıl vətəndaşa sahib çıxdı - FOTOLAR
SOSİAL
17:31 02.09.2020
1039
Ötən gün bəzi sosial media səhifələrində ahıl bir kişinin Buzovna ərazisində küçələrdə gecələməsi və çətin həyat şəraiti barədə məlumat paylaşıldıqdan sonra o, tapılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.
 
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Haşimov özünün rəsmi "facebook" səhifəsində paylaşım edib.
 
O həmin şəxsin müəssisəyə gətirilməmişdən əvvəlki və sonrakı fotolarını paylaşaraq yazıb: "Şəkildə gördüyünüz Həbib dayıdır. Ötən gün bəzi sosial media səhifələrində onun Buzovna ərazisində küçələrdə gecələməsi və çətin həyat şəraiti barədə məlumat paylaşılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları məlumatı paylaşan şəxslərlə əlaqə saxlayıb, onun yerini dəqiqləşdirdilər. Az sonra isə Həbib Məmmədovu daimi gecələdiyi ərazidən götürüb Agentliyin Həssas Əhali Qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə gətirdilər. O ilk tibbi müayinədən sonra yataq yeri və isti yeməklə təmin olunub. Həbib dayı əvvəlcə müəssisənin karantin bölməsində qalacaq. Həmin müddətdə tibbi müayinələrdən keçəcək. Koronavirusa yoluxma aşkar olunmazsa Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə qəbul ediləcək. Burada onun gələcək həyatı üçün lazımi dəstəyin aparılması üçün də işlər görüləcək. Sosial mediada Həbib Məmmədov barəsində məlumatı paylaşaraq onun barəsində xəbər verən, məsələyə həssas yanaşan hər kəsə təşəkkürümüzü bildiririk!
 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?