Nazirlik valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürdü: Hər ay 500 manat veriləcək

Nazirlik valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürdü: Hər ay 500 manat veriləcək
SOSİAL
15:19 14.10.2020
1175

Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.

Bu barədə AZXEBER.COM-a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.

OXŞAR XƏBƏRLƏR