Nazirlik xəbərdarlıq etdi - Yoxsa cərimələnəcəksiz

Nazirlik xəbərdarlıq etdi - Yoxsa cərimələnəcəksiz
SOSİAL
20:25 20.12.2018
5966
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara, xüsusən də balıq ovu ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.
 
Nazirlikdən AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, "Qırmızı Kitab”a daxil edilmiş dəniz sıfı, qaya balığlı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığı və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı”na düşmüş nərə, bölgə, uzunburun kimi balıq növləri Xəzər dənizinin qiymətli bioloji ehtiyatları sayılır. Azərbaycanın su hövzələrində bu balıq növlərinin ovlanması qanunvericiliklə qadağan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo”ya daxil olan məlumata görə, qoyulan qadağalara baxmayaraq, bəzi hallarda balıq ovu biletlərinin (kvota) tələbləri kobud surətdə pozulur, qaydalara məhəl qoyulmadan ovu qadağan olunmuş nərəkimilər və digər balıq növləri ovlanır. Bu cür hallara Xəzər dənizinin sahil sularında tez-tez rast gəlinir. 

Bu günlərdə Xaçmaz rayonu Müqtədir qəsəbəsinin inzibati ərazisində keçirilən reyd zamanı 3 balıqçı qayığında  ovu qadağan olunmuş nərəkimilər fəsiləsinə aid uzunluğu 35-60 sm, çəkiləri 500 qramdan 2,5 kq-dək olan 26 baş körpə balıq aşkar edilib. Faktlarla bağlı 10 brakonyer barəsində aktlar tərtib edilib, təbiətə vurulan 6600 manat məbləğində ziyan hesablanıb. Hazırda həmin şəxslərin məsuliyyətə cəlb olunmaları üçün tədbirlər görülür.
Təəssüf ki, balıqçılar təbiətə vurduqları zərərin fərqinə varmadan və məsuliyyəti dərk etmədən körpə nərə balıqlarını tutur, onsuz da nəsli kəsilməkdə olan bu balıqların tamamilə yox olmasına şərait yaradır, eyni zamanda digərlərinin də sayının azalmasına səbəb olurlar.

Nazirlər Kabinetinin qərarı ilə balıqların icazəsiz ovuna görə təbiətə dəyən ziyanın məbləği "Qırmızı Kitabı”a daxil edilmiş bir baş balıq üçün 275 manat, bir baş bölgə 247,5 manat, ağ qızılbalıq,  nərə, uzunburun balıqları üçün 220 manat təşkil edir.

Dövlət təbiət qoruqları və digər xüsusi mühafizə olunan təbiət ərazilərində icazəsiz ovlanmış su bioresursları üçün təbiətə dəymiş ziyana görə ödəmələr hər bir balıq növünə görə üçqat ölçüdə hesablanır.

Çəkisindən və ölçüsündən asılı olmayaraq ovu qadağan olunmuş 2 baş balığın icazəsiz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaradır. 

Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı kimyəvi maddələrdən balıq və digər bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə, qoruqların ərazisində və ya fövqəladə, yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə isə 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildildiyi təqdirdə 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya  iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə  inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim