Nazirlikdə 2013-cü ilin 6 ayının yekunlarına dair kollegiya iclası keçirildi

Nazirlikdə 2013-cü ilin 6 ayının yekunlarına dair kollegiya iclası keçirildi
İQTİSADİYYAT
14:40 26.07.2013
1920

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin 6 ayının yekunlarına dair kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib. Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin müstəsna yeri olduğunu da bildirən nazir Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013” hesabatında Azərbaycanın 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, “İnternetin əlçatanlığı” göstəricisinə görə isə 20-ci yerdə qərarlaşdığını xüsusi vurğulayaraq, İKT sektorunun inkişafı ilə bağlı gələcək plan və perspektivlərdən söz açıb.

Daha sonra kollegiya iclasında cari ilin 6 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlərvə əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektorunda artım tempi 10.5 faiz təşkil edib, eyni zamanda “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı”na müvafiq olaraq, 6 ay ərzində həyata keçirilən işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Kollegiyaya yekun vuran nazir gələcək hədəflərə toxunaraq, ölkə başçısının sahə ilə bağlı müvafiq fərman və sərəncamları, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini qeyd edib. Nazir “İKT ili” çərçivəsində rəqəmli TV yayımının genişləndirilməsi, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin artırılması, informasiya təhlükəsizliyi, tənzimlənmə, “E-hökumət”, “Elektron imza”, ümumilikdə elektron xidmətlərin həcminin artırılması və sürətləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsi, Prezident yanında Elmin İnkişafı Fondu ilə birgə reallaşması nəzərdə tutulan layihələr, o cümlədən RİTN sahəsində çalışan məmurların vətəndaşlarla ünsiyyətinin daha sıx şəkildə qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, “Bakutel” sərgi-konfransına hazırlıq işlərinin sürətləndirilməsi, bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri prosesində Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin yüksək səviyyədə təşkili üzrə müvafiq tövsiyələrini bildirərək, bunlarla yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb