Nazirlikdə şəhid ailələrinə həsr olunmuş iclas - 240 vərəsəylə bağlı qərar verildi

Nazirlikdə şəhid ailələrinə həsr olunmuş iclas - 240 vərəsəylə bağlı qərar verildi
SOSİAL
15:00 28.11.2018
2919
161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmə ediləcək. 

Bu barədə AZXEBER.COM-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, qərar nazirlikdə fəaliyyət göstərən Komissiyanın iclası zamanı verilib.  

Beləliklə, bu günədək artıq  608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 473 şəhid hərbi qulluqçu üzrə 474 vərəsə də ödənişlə təmin olunub. 
OXŞAR XƏBƏRLƏR