Nazirlikdən açıqlama - 15 gün ərzində...

Nazirlikdən açıqlama - 15 gün ərzində...
İQTİSADİYYAT
15:20 26.10.2023
403
Prezident İlham Əliyevin tapşırığına əsasən, aztəminatlı ailələrin ünvanlı sosial yardıma əlçatanlığının artırılması, sosial yardımın təyinatı mexanizminin təkmilləşdirilməsi və yardımın təyin olunma meyarlarının yumşaldılması istiqamətində növbəti addım kimi Nazirlər Kabineti sosial yardımla bağlı qaydalarda yeni dəyişikliklər edib.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, aztəminatlı ailələrə dəstək məqsədi daşıyan dəyişikliklərə əsasən, sosial yardım alan ailə yardım üçün təkrar müraciət etdikdə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa, ailədə I dərəcə əlilliyi olan ailə üzvü, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa, eləcə də ailədə üç və daha çox uşaq varsa ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmayacaq.
 
Ailə tərkibində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hal baş verdikdə sosial yardım dayandırılır və ailənin ünvanlı yardım almaq hüququna müraciəti əsasında yenidən baxılırdı. Yeni dəyişikliklə bundan sonra ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə, ailə üzvü vəfat etdikdə, ailə üzvü hərbi xidmətə çağırıldıqda və ya ehtiyata buraxıldıqda, əmək qabiliyyətli ailə üzvünün I dərəcə və ya 18 yaşınadək əlilliyi olan şəxsə, yaxud 8 yaşadək uşağa qulluq etmə müddəti başa çatdıqda və ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil müddəti başa çatdıqda sosial yardım dayandırılmayacaq və ödənişi davam edəcək.
 
Həmçinin ailənin gəlirlərində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb olan dəyişikliyə görə yardım dayandırılırdısa, bundan sonra ailənin müraciətinə ehtiyac qalmadan onun yardım almaq hüququna 15 gün ərzində e-sistem tərəfindən yenidən baxılacaq.
 
Ünvanlı sosial yardım proqramında aztəminatlı ailələrə dəstək məqsədli digər yeni dəyişikliklər də edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb