Süni qiymət artımı aşkarlandı.
İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün monitorinqlərini davam etdirir.
Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus “Seval” marketdə aparılan yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülüb.
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.