Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ
SOSİAL
13:37 29.11.2021
402
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür.

Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.

Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.

Qeyd olunanlarla bağlı vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladırıq:

Elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!

Standartlara uyğun olmayan qaz cihazlarından istifadə zəhərlənmə, yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!

Elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!

Elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!

Mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!

Mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

Uşaqların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!

Azyaşlıları nəzarətsiz qoymayın!

Tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!

Nəzərə almaq lazımdır ki, yanğının qarşısını almaq onu söndürməkdən daha asandır. Özünüzün və yaxınlarınızın həyatını təhlükəyə atmayın! Mənzilinizi və əmlakınızı yanğından qoruyun!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng vurun!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...