Nazirlikdən əsgər valideynlərinə müraciət - “Telefonda bu barədə danışmayın!”

Nazirlikdən əsgər valideynlərinə müraciət - “Telefonda bu barədə danışmayın!”
SOSİAL
13:20 03.07.2017
5458
Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciət hərbi qulluqçuların təhlükəsizliyinin qorunması məqsədilə edilib.

"Hörmətli vətəndaşlar!

Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!”, - deyə müraciətdə bildirilir.
OXŞAR XƏBƏRLƏR