Nazirlikdən kiberhücumlarla bağlı ÇAĞIRIŞ

Nazirlikdən kiberhücumlarla bağlı ÇAĞIRIŞ
SOSİAL
12:20 28.10.2022
212
Hazırda vətəndaşlara yönəlmiş kiberhücumların əsas məqsədi onlara aid əsas məlumatları, xüsusilə bank kartlarına aid məlumatları ələ keçirməklə bağlıdır.

AZXEBER.COM xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev deyib.

Onun sözlərinə görə, vətəndaşlar satış saytlarında məhsullarını satmaq üçün elan yerləşdirirlər: "Bu satışı görən dələduzlar elanlardan vətəndaşların məlumatlarını əldə edirlər. Daha sonra xüsusi proqramlar vasitəsilə onlar üçün keçidlər, linklər yaradırlar”.

Ş.Əliyev deyib ki, dələduzlar votsap vastəsilə vətəndaşa müraciət edirlər: "Bildirirlər ki, məhsul hələ də satışdadırsa, məhsulu almaqda maraqlıyam. Vətəndaşı daha da inandırmaq üçün məhsulla bağlı detallı suallar verirlər. Artıq vətəndaş inanır ki, bu şəxs real alıcıdır, növbəti mərhələdə isə həmin şəxs vətəndaşa təklif edir ki, kuryer xidməti vasitəsilə məhsulun çatdırılmasını təmin etsin. Bu mərhələdə isə "Azərpoçt” un adından istifadə edirlər. Vətəndaşa müəyyən keçid göndərirlər və bildirirlər ki, artıq ödəniş həyata keçirilib. Qeyd edirlər ki, vətəndaş sayta daxil olsun, kart məlumatlarını daxil etsin və ödənişi qəbul etsin. Hücumu həyata keçirən şəxs vətəndaşın bütün addımlarını izləyir. Vətəndaşlara tövsiyəmiz budur ki, bu kimi keçidlərə çox diqqət etsinlər. Bilsinlər ki, "Azərpoçt”un belə bir xidməti yoxdur. Onlar aldadıla bilər, pullarını itirə bilərlər”.

O vurğulayıb ki, növbəti hücum növü isə vətəndaşlara müxtəlif keçidlərin, linklərin göndərilməsi ilə bağlıdır: "Bu keçiddə qeyd edirlər ki, vətəndaşlar keçidə daxil olsunlar və hansısa kampaniya çərçivəsində vəsait əldə etsinlər. Vətəndaş həmin səhifəyə daxil olduqda yerli banklardan birinin loqosunu, vəsaiti göndərən tərəf haqqında məlumatları görür və bu vəsaiti qəbul etmək üçün bank məlumatlarının daxil edilməsi tələb edilir. Təbii ki, vətəndaş bank kartarını daxil etdikdə məlumatları digər tərəfə ötürülür”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”