Nazirlikdən sahibsiz itlərin güllələnməsi ilə bağlı xəbərlərə REAKSİYA

Nazirlikdən sahibsiz itlərin güllələnməsi ilə bağlı xəbərlərə REAKSİYA
SOSİAL
10:46 07.11.2018
2309
Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZXEBER.COM-a daxil olan xəbərə görə, qurum heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. 

Sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır. 

Bildirilir ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb. 
OXŞAR XƏBƏRLƏR