Nazirlikdən sökülən məscidlə bağlı açıqlama: "Siyahıdan çıxarılıb"

Nazirlikdən sökülən məscidlə bağlı açıqlama: "Siyahıdan çıxarılıb"
SOSİAL
15:08 12.04.2017
800

Mədəniyyət və Turizm Nazirliyi "Sovetski” adlanan ərazidəki "Hacı Cavad" məscidinin sökülməsinə münasibət bildirib. 

Açıqlama verən nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, "Hacı Cavad” Məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb:

"Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlərə mütəxəssislər baxış keçirib. Ötən il artıq mütəxəssislərin rəyi nəticəsində hər iki məscidin dayanaqlılığının zəifliyini nəzərə alaraq onlar müvafiq qərar əsasında qorunan abidələr siyahısından çıxarılıb”. 

Qeyd edək ki, Bakının "Sovetski” adlanan ərazisindəki "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

///BakıPost.az
OXŞAR XƏBƏRLƏR