Nazirlikdən uşaqların ölməsi xəbərinə –Münasibət

SOSİAL
13:11 21.06.2016
1530
Azərbaycan Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasında (RMX) elektrik enerjisinin kəsilməsi nəticəsində yeni doğulan və küvəzdə saxlanılan üçəmlərdən ikisinin oksigen çatışmazlığından dünyasını dəyişməsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də 31 həftəlik hamiləlikdən ücəm dünyaya gətirib: "Uşaqların cəkisi cox balaca olub. İntensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, uşaqlardan biri 1:00 da, digəri isə 1:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə isə işıq saat ikinin yarısında bütün rayonda sönüb. Yəni işığın buna hec bir aidiyyatı yoxdur. Xəstəxananın reanimasiya, doğum şəbələrində də generatorlar var".
Qeyd edək ki, verilən məlumatlara görə, 21 yaşlı Mirzabitə İlham qızı Abdullayevanın doğuşundan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib. Salyan RMX-da elektrik generatorunun olduğu bildirilsə də, o, nasaz vəziyyətdə olduğundan işləməyib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR