Nazirlik işə qarışdı: iş adamı Xətaidə kəsdiyi ağacların hamısını bərpa edəcək

Nazirlik işə qarışdı: iş adamı Xətaidə kəsdiyi ağacların hamısını bərpa edəcək
SOSİAL
12:02 06.05.2019
5765
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsinə münasibət bildirib.

AZXEBER.COM-un xəbərinə görə, nazirliyin rəsmisi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, bu il mayında 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb: "Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən "məcburi göstəriş” verilib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı 16 aprel 2019-cu il tarixində də şikayət daxil olmuşdu. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilmişdi. Ərazidəki 131 müxtəlif cinsli ağac Nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilmişdi".

İ.İbrahimova onu da xatırladıb ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib. 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
13:52 24.06.2025
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
13:50 24.06.2025
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
13:39 24.06.2025
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Bu yol bağlanır - DİQQƏT!
13:30 24.06.2025
Bu yol bağlanır - DİQQƏT!
"Sahibkarlar Forumu" keçirilib
13:28 24.06.2025
"Sahibkarlar Forumu" keçirilib
İranın "nüvə" MESAJI
13:24 24.06.2025
İranın "nüvə" MESAJI
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
13:23 24.06.2025
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
13:18 24.06.2025
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
Leyla və Arzu Əliyevalar bu gənc  ailənin qonağı oldular - FOTOLAR
13:05 24.06.2025
Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları