Nazirliyin əməkdaşına atəş açan şəxs tutuldu

Nazirliyin əməkdaşına atəş açan şəxs tutuldu
KRİMİNAL
17:01 20.12.2013
1832
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına müqavimət göstərən şəxs həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin mühafizəçisi Pərviz İsmayılovun rayonun Seyid Yusifli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəxs tərəfindən ov tüfəngindən açılmış atəş nəticəsində xəsarət alması barədə Bərdə rayon prokurorluğuna daxil olan məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Dekabrın 16-da Yevlax rayonunun Nuralılar kənd sakini, 1975-ci il təvəllüdlü Natiq Məmmədov könüllü olaraq Bərdə rayon prokurorluğuna gələrək cinayətin onun tərəfindən törədildiyini bildirməklə cinayətin aləti olan ov tüfəngini istintaqa təqdim edib.

Aparılan istintaqla müəyyən edilib ki, Pərviz İsmayılov iş yoldaşı Mətləb Zeynalovla birlikdə Bərdə rayonunun Seyid Yusifli kəndi ərazisində, Qarabağ-Şəki meşə zolağında xidməti vəzifələrini yerinə yetirərkən həmin ərazidə Müşfiq Hüseynov və Natiq Məmmədovun ov etmələrinin qanuniliyini araşdırmaq istəyib. Sonuncular qaçaraq hadisə yerindən uzaqlaşarkən P.İsmayılov şəxsiyyətlərini müəyyən etmək üçün özünə məxsus mobil telefonla fotoşəkillərini çəkmək məqsədilə onların arxasınca qaçan zaman N.Məmmədovun Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək ov tüfəngindən bir dəfə atəş açaraq ona ayaq nahiyəsindən xəsarətlər yetirməsində əsaslı şübhələr olduğundan, N.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.(apa)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
15:07 02.07.2025
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
Çin: Qəzzada daimi sülh hərbi yolla əldə edilə bilməz
15:01 02.07.2025
Çin: Qəzzada daimi sülh hərbi yolla əldə edilə bilməz
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir VİDEO
15:00 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir VİDEO
İsrail XİN rəhbəri İrana sanksiyaların tətbiqinə çağırış edib
14:46 02.07.2025
İsrail XİN rəhbəri İrana sanksiyaların tətbiqinə çağırış edib
Peskov: Rusiya və Azərbaycan rəsmiləri problemli məsələləri müzakirə edirlər
14:27 02.07.2025
Peskov: Rusiya və Azərbaycan rəsmiləri problemli məsələləri müzakirə edirlər
Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
14:21 02.07.2025
Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub