Nazlı Sabancı soyadını sildi - Boşanırlar

MAQAZİN
10:41 26.02.2025
289
Türkiyənin ən tanınmş iş adamlarından olan Hacı Sabancı və həyat yoldaşı Nazlı Sabancının boşanacağı iddia edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılığa səbəb Hacı Sabancıya qarşı F.D adlı xanımın açdığı atalıq iddiasının təsdiqlənməsi olub.
 
Belə ki, 2021-ci ildə oğlu dünyaya gələn F.D, onun atasının Hacı Sabancı olduğunu bildirmişdi.
 
İddiaları rədd edən Sabancı atalıq testi tələb etmişdi.
 
Açıqlanan nəticələrdə Hacı Sabancının 99.9 faizlə uşağın atası olduğu müəyyən edilib.
 
Məhkəmənin qərarından sonra Nazlı Sabancının sosial media hesabında yazdığı soyadını silməsi cütlüyün boşanacaqları iddialarını gündəmə gətirib.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR