Prodüsser müğənninin AzTV-də daha görünməyəcəyinin yalan olduğunu bildirib
Ötən gün mətbuatda xalq artisti Nazpəri Dostəliyeva haqqında Azərbaycan Dövlət Televiziyasında daha görünməyəcəyi deyilib. Xəbərdə telekanal rəhbərliyi tərəfindən Musiqili və Əyləncəli proqramlar departamentinə tapşırıq verildiyi qeyd olunub.
Nazpəri Dostəliyevanın prodüsseri Mikayıl Hüseynov xəbərlərin yalan olduğunu vurğulayıb: “Bir neçə gün əvvəl jurnalist zəng edib, email ünvanlarına belə bir məktub gəldiyini dedi. Nazpəri xanım isə xəbərlərin yalan olduğunu bildirib. Amma nədənsə bu gün götürüb belə bir şayiə yazıblar. Bu xəbəri yalnız Nazpəri xanım kimi sənəstkarı gözü götürməyənlərdən kimsə göndərib. Nazpəri xanımın Dövlet Televiziyasına böyük hörməti var. Bütün tədbirlərinde iştirak edib və bundan da sonra edəcəkdir. Bu cür xəbərlərlə ara vurmasınlar”. (anspress)