Nazpəri Dostəliyevadan sübut – FAKT

MAQAZİN
18:51 20.05.2014
1869

“Bu mənim məhkəmələrlə bağlı mətbuata son açıqlamam olacaq. Çox danışıb, nüfuzuma xələl salmaq istəmirəm. Sadəcə faktları təqdim edirəm. Bu məhkəmənin təxirə düşməsi ilə bağlı rəsmi saytda gedən məlumatdır, tanış olun - https://courts.gov.az/yasamal/about/pendcases/show/16615.

Ölkənin nüfuzlu saytlarından birinin digər xəbərini də növbəti fakt kimi Habil Vəliyevə xatırladıram -https://az.trend.az/news/society/1934408.html

Bu xəbərdə “Gündəlik Bakı” qəzetinin qara siyahıda olması ilə bağlı məlumat var”.

Aktual.az-ın məlumatına görə, xalq artistiNazpəri Dostəliyeva mətbuat katibi vasitəsilə KİV-ə sənədli fakt ünvanlayıb.

Qeyd edək ki, özünü İlhamə Quliyevanın vəkili kimi təqdim edən Habil Əliyev mətbuata məlumat yayıb ki, guya Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı məhkəmə iddiası rədd edilib. Məhkəmə əlavə olaraq, N. Dostəliyevanın müdafiəçisinin vəsatəti əsasında ekspertizaya gedən sənədlərin xərci üçün 250 manat pulun tutulması haqda da qətnamə qəbul edib.

Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən “mən yemirəm, yedizdirirəm” demişdi. Bu ifadənin qarşılığında N.Dostəliyeva xalq artisti İlhamə Quliyevadan 100 min manat təzminat tələb edir. 

OXŞAR XƏBƏRLƏR