Nazpəri sərt danışdı : 'O, qapıma atılmış zibildir'
MAQAZİN
15:36 08.02.2013
2878
“Azərbaycan şou-biznesində mənə ittihamlar söyləyəcək bir nəfər yoxdur. Əgər belə birisi varsa, onun çox gözəl cavabı da var”. Bunu Lent.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. Xalq artisti bəzi həmkarlarına ismarış yollayıb. O, bildirib ki, bəzi həmkarlarının onun adını çəkməyərək, haqqında fikir söyləmələrinə qarşıdır: “O, insan ki mənim adımı çəkə bilmir, haqqımda fikirlər söyləyir, demək qorxaqdır. Hansı it ki ucadan hürür, qorxaq itdir. Mənə atmaca atan insan adımı çəkərək barəmdə ittihamlar səsləndirə bilmirsə, o, evimin qapısına atılmış zibildir. Şou aləmində sözü üzə deyən sənətçi tanıyıram o, da xalq artistimiz, əvəzolunmaz sənətkarımız Flora Kərimovadır. Bəziləri kimi boş-boşuna danışmır. O, insan yaltaq deyil. Sözü üzə deyir”.