Nazpəri yubiley tədbirlərinə dəvət almayıb? - Özü cavab verdi
MAQAZİN
12:10 07.05.2013
3186
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın bütün ölkədə təntənəli şəkildə qeyd olunan ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı baş tutan konsert proqramlarına dəvət almaması ilə bağlı məlumatlar yayılıb. Xalq artistinin aprel ayının son günlərindən başlayan konsert proqramlarının heç birində iştirak etməməsi birmənalı qarşılanmayıb. Bəziləri bunu müğənnin "Müsavat" başqanı İsa Qəmbərin oğlunun toyunda iştirak etməsiylə, bəziləri isə xalq artisti İlhamə Quliyeva ilə davasıyla əlaqələndirib. AZXEBER.COM olaraq bu barədə xalq artistinin özü ilə əlaqə saxladıq. Yayılan xəbərlərin düzgün olmadığını deyən Nazpəri Dostəliyeva suala konkret cavab verməkdən çəkinib: “Bu tədbirlərə əlbəttə mən də dəvət almışam". Xalq artisti konkret hansı rayonda çıxış edəcəksiniz sualına isə cavab verməyib. Nazpəri Dostəliyeva suala “Tələsməyin, görəcəksiniz" deyə cavab verib. Qeyd edək ki, bir müddət öncə bəzi mətbuat orqanlarında televiziyaların xalq artistinə qadağa qoyması haqda xəbər yaymışdı. Ancaq sonradan xalq artistini bu məlumatı təkzib etmişdi. Əfsələddin Ağalarov